Hansı hallarda estetik əməliyyata görə ödənilən pulu geri almaq olar?

cin huq

Estetik və kosmetoloji xidmətlərdən narazı qalan vətəndaşlar bu xidmətlərə görə ödədikləri pulu geri tələb edə bilərlər.

Estetik əməliyyatlar, stomatoloji xidmətlər, dolğu, botoks və digər kosmetoloji prosedurlar tibbi yardım xidməti kimi qiymətləndirilməməlidir. Bu xidmətlər nəticəyə görə icraçı, yəni həkim tərəfindən cavabdehlik daşıyır.

Əgər prosedurdan gözlənilən nəticə əldə olunmayıbsa, vətəndaşlar ödədikləri məbləğin geri qaytarılmasını tələb edə bilərlər. Həkim üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, verdiyi vədlərə əməl etməlidir.

Məsələn, əgər həkim əməliyyatdan sonra burnunuzun simmetrik olacağını vəd edibsə, siz həmin nəticəni ondan tələb etmək hüququna maliksiniz. Bu sahədə göstərilən xidmətlər keyfiyyətli və qüsursuz olmalıdır. Əgər xidmət qüsurludursa, siz həm maddi, həm də mənəvi ziyanın ödənilməsini, həmçinin kompensasiya tələb edə bilərsiniz»

Həmçinin ödəniş zamanı qəbzləri və mümkün yazışmaları saxlamaq, ödənişləri onlayn həyata keçirmək lazımdır. Bu sənədlər, xüsusən yüksək məbləğdə xidmətlər üçün, gələcəkdə kompensasiya tələb etmək üçün vacib sübut kimi istifadə oluna bilər.

 

Оставьте комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Открыть чат
Hüquqi yardım lazım? Buyurun!
Salam!
Sizə necə kömək edə bilərəm?